• cümə axşamı, 25 aprel, 18:09
  • Baku Bakı 21°C

Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur

18.01.18 10:20 455
Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur
ABŞSuriyaərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.
APA-nın xəbərinə görə, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir.
"İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. PentaqonSuriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”, sənəddə deyilir.
Açıqlamada həmçinin bildirilir ki, AnkaranınSuriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: "ABŞ terrorla mübarizədəNATOüzrə müttəfiqini daim dəstəkləyəcək”.
banner

Oxşar Xəbərlər