• cümə axşamı, 25 aprel, 02:26
  • Baku Bakı 19°C

Pensiyaların artımı nə qədər insana şamil olunacaq?

28.08.13 10:56 1846
Pensiyaların artımı nə qədər insana şamil olunacaq?
Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar (dövlət qulluqçuları, hərbi qulluqçular və s. bu kateqoriyaya aid olan pensiyaçılar) sayı isə 63 431 nəfərdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, pensiyanın baza hissəsini 100% alanların pensiyasının artımı 15 manat, bəzi kateqoriyalara aid olan pensiyaçılarda isə daha çox olacaq: «Pensiyanın baza hissəsini 120% həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200% həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək».
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanması tapşırılıb. Hazırda isə əmək pensiyalarının baza hissəsi 85 manat təşkil edir.
banner

Oxşar Xəbərlər