• şənbə, 20 Aprel, 14:45
  • Baku Bakı 23°C

Pensiya sisteminin inkişaf planları işlənilir

14.10.19 18:48 457
Pensiya sisteminin inkişaf planları işlənilir
Pensiya sistemi sosial sığorta kimi müəyyən aktual hesablamalara, demoqrafik göstəricilərə əsaslanır. Ona görə də beynəlxalq təşkılatlar və xarici ekspertlərlə birlikdə 2025, 2030 və 2050-ci illərə qədər demoqrafik inkişafa dair proqnozlar hazırlanır və həmin proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə ilkin layihələr hazırlanıb.
AZƏRTACxəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə həyata keçiriləcək pensiya islahatları haqqında danışırkən deyib.
Nazir dördgünlük iş həftəsinə keçməklə əlaqədar jurnalistlərin sualına cavab verərkən bunları qeyd edib: "Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Ölkəmizdə əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dördgünlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından və əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər".
Onun açıqlamasına görə, hazırda Azərbaycanda dördgünlük iş həftəsinin tətbiqi gündəmdə deyil: "Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".
banner

Oxşar Xəbərlər