• cümə, 19 Aprel, 21:16
  • Baku Bakı 24°C

Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətdən asılı olacaq

05.02.17 20:47 748
Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətdən asılı olacaq
ABŞ vitse-prezidenti Maykl Pens Rusiyaya qarşı sanksiyaların ləğvinin Moskvanın beynəlxalq arenada, xüsusən Ukraynada özünü necə aparması ilə bağlı olacağını bəyan edib.
APA-nın məlumatına görə, M. Pens bunu bu gün ABC telekanalına müsahibəsində bildirib.
M. Pens teleaparıcının "əgər Rusiya Ukraynanın hələ də suverenliyini pozursa, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaqmı?” sualına cavab olaraq deyib ki, bu sualın cavabı qarşıdakı ayda məlum olacaq: "Bütün bunlar sadəcə, bizim Rusiyanın davranışında dəyişikliklər görüb-görməyəcəyimizdən asılıdır.
Vitse-prezident ABŞ prezidenti Donald Trampın yeni administrasiyanın əsas prioritetin İŞİD terror təşkilatı ilə mübarizə olduğunu bəyan etdiyini də xatırladıb: "Rusiya da radikal terrorçularla, xüsusən İŞİD ilə mübarizədə maraqlıdır. Əgər bizim əməkdaşlıq etmək imkanımız olacaqsa, düşünürəm ki, prezident Donald Tramp münasibətlərin yenidən qurulmasının perspektivlərini araşdıracaq”.
banner

Oxşar Xəbərlər