• cümə axşamı, 28 mart, 21:50
  • Baku Bakı 13°C

Penitensiar xidmət: Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib

22.03.19 11:51 705
Penitensiar xidmət: Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib
Həbsdə olan "Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovunhəyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.
"Report" xəbər verir ki, bu barədəƏdliyyə NazirliyiPenitensiar xidməti (PX) məlumat yayıb.
Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum T.Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini L.İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.
Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və18 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər