• cümə, 29 Mart, 11:41
  • Baku Bakı 5°C

"Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz azalıb"

22.11.18 09:38 457
"Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz azalıb"
Son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı40 faiz, vərəmdən ölənlərin sayı isə16 dəfəazalıb.
"Report” xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziriFikrət Məmmədov"Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı40 faiz, vərəmdən ölənlərin sayı isə16 dəfəazalıb", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər