• cümə, 19 Aprel, 23:26
  • Baku Bakı 24°C

“PEN America” mükafatı kriminal-detektivin ustasına verildi

29.01.18 13:15 1368
“PEN America” mükafatı kriminal-detektivin ustasına verildi
Adının və əsərlərinin ətrafında 30 ildən çoxdur ki, gedən "kütlə üçün yazılmış”, "market nümunəsi”, "bədiilikdən uzaq”, "şöhrətə hesablanmış” və s. kimi saysız-hesabsız söz-söhbətlərə baxmayaraq, özünü Amerika ədəbiyyatının ulduzu, dünya kriminal-detektiv ədəbiyyatının ustası kimi sübut edə bilmiş yazıçı Stefen Kinq yaradıcılığını daha bir mükafatla "taclandırdı”. "washingtonpost”-da yer alan xəbərə görə, Amerika və dünya ədəbiyyatına qatdığı dəyərə görə, "PEN LİTERARY SERVİCE AWARD” mükafatına layiq görülmüş yazar bu mükafatın yaradıcılıq yolunda xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Həm düşünürəm ki, bu illərdir yazılan, deyilən və cavabsız qalan iddiaların cavabıdır. Həm də may ayının 22-də "Yad” ("Outsider”) romanım işıq üzü görəcək. Mükafatın təqdimat mərasimi də həmin günə təsadüf edir. Bu isə mənim üçün xüsusi gün olacaq deməkdir”.
Mükafat fondundan verilən açıqlamada dəyərləndirmə zamanı Kinqin, xüsusilə, son 10 ildəki yaradıcılıq yolunun və qələmindən çıxan peşəkar nümunələrin analiz edildiyi bildirilib. Məlumat üçün bildirək ki, PEN mükafat fondunun ən nüfuzlu kateqoriyası üzrə verilən bu ada Stefen Sondem, JK Roulinq, Tom Stoppard, Toni Morrison, Marqaret Etvud kimi güclü imzalar da layiq görülüb.
banner

Oxşar Xəbərlər