• cümə axşamı, 25 aprel, 20:29
  • Baku Bakı 21°C

Peleni böyük qəlbli olmamaqda ittiham etdi

06.03.18 12:40 632
Peleni böyük qəlbli olmamaqda ittiham etdi
"Yuventus” və "Barselona”nın sabiq futbolçusu Lilian Türam dünya futbolunun əfsanəsi Peleni ittiham edib.
Kaspi.az xəbər verir ki, Türam dünyada rasizmin artdığını vurğulayıb. O, Peleni buna qarşı heç bir mübarizə aparmamaqda günahlandırıb:
"Peleni şəxsən tanımıram, amma hesab edirəm ki, o, eqosunu bir kənara qoymalıdı. Pele hazırda başqa missiya yerinə yetirməlidir. Görünür, onun böyük qəlbi yoxdur.
Əgər sən qaradərilisənsə və yaxşı bilirsən ki, dünyada rasizm var, deməli, müəyyən işlər görməlisən. Ancaq sən bunu etmirsən, dolayısı yolla rasizmə "hə” deyirsən. Biz daha ədalətli dünya qurmalıyıq”.
banner

Oxşar Xəbərlər