• cümə, 29 Mart, 12:33
  • Baku Bakı 14°C

Pele ömürlük müqavilə bağladı

05.12.14 11:18 1099
Pele ömürlük müqavilə bağladı
Pele ömürlük müqavilə imzaladı
Dünya futbolunun canlı əfsanəsi Pele Braziliyanın "Santos” klubu ilə ömürlük müqavilə imzalayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, müqaviləyə əsasən klub 74 yaşlı keçmiş oyunçunun simasından və adından bütün məhsullarında istifadə edə biləcək.
Klub rəsmi saytı vasitəsi ilə Peleyə müqavilə imzaladığı üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Pele 1956-1974-cü illərdə "Santos”un şərəfini qoruyub və oynadığı 638 matçda 619 qol vurub.
banner

Oxşar Xəbərlər