• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Pele iki ildir kimə azarkeşlik edir?

03.04.19 11:42 713
Pele iki ildir kimə azarkeşlik edir?
Braziliya futbolunun əfsanəsi Pele PSJ-nin futbolçusu Kilian Mbappe barədə danışıb.
Kaspi.az xəbər verir ki, Pele Mbappenin özünün davamçısı adlandırılmasına da münasibət bildirib. O, Kiliana azarkeşlik etdiyini də etiraf edib:
"Mbappeni mənim davamçım hesab edirlər? Bu çox böyük məsuliyyətdir. Bilirsiniz, mən o futbolçunun pərəstişkarıyam.
Artıq iki ildir ki, Mbappeyə azarkeşlik edirəm. Ona özümün qazandığım uğurları əldə etməyi arzulayıram.
Ona zədələrdən qaçmağı da arzu edirəm. Bu, əsas faktordur. Bizi niyə müqayisə edirlər? Çünki o da mənim kimi yaraşıqlıdır.
Suala ciddi cavab versəm deməliyəm ki, Mbappenin oyununa görə onu mənimlə müqayisə edirlər. Mən də gənc yaşlarımda uğur qazanmağa başladım. Bizim driblinqlərimiz də oxşardır. Mbappe həqiqətən də Peleyə bənzəyir”.
banner

Oxşar Xəbərlər