• cümə axşamı, 25 aprel, 17:19
  • Baku Bakı 23°C

Pekində Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.18 21:22 465
Pekində Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi yeri olan 20 Yanvar hadisələrinin növbəti ildönümü ilə əlaqədar ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində mərasim keçirilib.
AZƏRTACxəbər verir ki, bu ölkədə yaşayan azərbaycanlı iş adamlarının və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qanlı Yanvar hadisəsinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olduğunu bildirən səfir Əkrəm Zeynallı 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Bildirib ki, keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqımızın azadlıq mübarizəsini boğmaq üçün Bakıya yeritdiyi xüsusi təlim keçmiş qoşun növləri misli görünməmiş cinayət əməlləri törədib.
Qeyd olunub ki, Vətəninin azadlığını hər şeydən uca tutan qəhrəman Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsində xüsusi yer tutdular.
Səfir Ə.Zeynallı deyib ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükəyə ataraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı əməlləri törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırdı. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.
Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub.
banner

Oxşar Xəbərlər