• cümə, 29 Mart, 03:43
  • Baku Bakı 7°C

Paytaxtın metallurgiya sənayesində istehsal 27 faiz artıb

31.12.18 13:30 662
Paytaxtın metallurgiya sənayesində istehsal 27 faiz artıb
Cari ilin yanvar-noyabr aylarında paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 394,7 milyon manatlıq məhsul istehsal olunub.
Bakı Şəhəri Statistika İdarəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 27,0 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 29,7 faiz azalma müşahidə edilib.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər istehsalı 8,1 faiz, armatur istehsalı 24,4 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 27,0 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 74,9 faiz azalıb.
banner

Oxşar Xəbərlər