• cümə, 29 Mart, 19:46
  • Baku Bakı 14°C

Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılır

22.06.17 10:40 598
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılır
Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, bu ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.
banner

Oxşar Xəbərlər