• cümə, 19 Aprel, 07:18
  • Baku Bakı 13°C

Paytaxtda yaşayış binasında yanğın olub

30.03.17 09:50 1051
Paytaxtda yaşayış binasında yanğın olub
Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin mətbəxində məişət əşyası yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər