• cümə, 29 Mart, 14:58
  • Baku Bakı 14°C

Paytaxtda yanğın olub

03.09.17 13:50 1322
Paytaxtda yanğın olub
Bakı şəhəri, Binəqədi rayonunda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 240 m2 olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin mətbəxində 2 m2 sahədə mətbəx mebeli və soyuducu yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və məişət qazı əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər