• çərşənbə axşamı, 16 aprel, 08:37
  • Baku Bakı 14°C

Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb

02.12.18 11:00 459
Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh kəndiavtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.
banner

Oxşar Xəbərlər