• cümə axşamı, 28 mart, 14:34
  • Baku Bakı 16°C

Paytaxtda itkin düşmüş kimi axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib

25.02.20 12:30 1778
Paytaxtda itkin düşmüş kimi axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindənAZƏRTAC-a bildiriblər ki, cinayətlərin 1-i qəsdən adam öldürməyə cəhd, 1-i soyğunçuluq, 3-ü xuliqanlıq, 5-i narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər