Paytaxtda ağır qətl

Paytaxtda ağır qətl

Kriminal
01 Oktyabr 2012, 18:10 1164
Paytaxtda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Yasamal rayonu ərazisində yaşayan Məmmədağa Ağayev qısqanclıq zəminində bıçaqla qardaşının arvadı Gültəkin Nəsirovanı qətlə yetirib. Daha sonra onun qızı Firəngizə xəsarət yetirib. M.Ağayev Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.