Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb

Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb

Kriminal
15 Sentyabr 2019, 10:41 192
Paytaxtda mənzildən kişi meyiti tapılıb.
 
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Oleq Ladimireviç Aleksandrovun meyitini aidiyyəti üzrə təhvil veriblər.