AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Kriminal
03 Aprel 2020, 11:30 516
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də 20 cinayətin üstü açılıb.
Onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.