• cümə, 26 Aprel, 07:52
  • Baku Bakı 12°C

Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər

12.10.19 18:45 441
Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər
Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagird, müəllim və valideynləri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər.
Məktəblilərin Beynəlxalq Təhsil Sərgisi ilə yaxından tanış olması onların dünyagörüşünün inkişafı, karyera seçimi imkanlarının, elmi-tədqiqatlara və təhsilə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar həm xarici ölkələrin, həm də Azərbaycanın aparıcı universitetlərinin təhsil imkanları, eləcə də təhsil sahəsində həyata keçirilən layihə və proqramlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
banner

Oxşar Xəbərlər