• cümə axşamı, 18 aprel, 21:16
  • Baku Bakı 21°C

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib - Fotolar

04.10.17 11:50 1223
Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib - Fotolar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindənAPA-ya verilən məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub.
Tədbirdə BŞTİ rəhbərliyi, struktur bölmə müdirləri, təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.
20 nömrəli məktəb-liseydə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, "Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2017-2018-ci tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M. Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev kadrlarla iş, işə qəbul üzrə müsabiqələrin təşkili və digər müvafiq məsələlər haqqında fikirlərini bildirib.
Sonra ötən tədris ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə bir sıra təhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri BŞTİ-nin Fəxri Fərmanı ilə təltif olunublar.
Sonda BŞTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.





banner

Oxşar Xəbərlər