Paytaxt əhalisinə 1286,7 milyon manatlıq xidmət göstərilib
Yanvar-may aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1980,7 milyon manata çatıb.
Bakı Şəhər Statistika İdarəsindənAZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1286,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 65 faizini təşkil edib.
Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artaraq 1556,2 milyon manat olub. 2018-ci ilin yanvar-may ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.