• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

Pasportunu unutdu, uçuş təxirə salındı

13.02.19 13:15 542
Pasportunu unutdu, uçuş təxirə salındı
Dortmund "Borussiya”sının Çempionlar Liqasının 1/8 finalında "Tottenhem”lə görüşə getmək üçün Londona uçuşu gecikmə ilə reallaşıb.
Kaspi.az xəbər verir ki, buna səbəb "Borussiya”nın yarımmüdafiəçisi Ceydon Sanço olub. O, pasportunu unudaraq evdə qoyub. Bundan isə yalnız aeroportda xəbər tutub.
Klub rəhbərliyi məcbur qalaraq, uçuşu yubatmalı olub. Sanço evə qayıdaraq pasportunu götürüb və uçuş yalnız bundan sonra baş tutub.
"Tottenhem”- "Borussiya” oyunu bu gün Londonda "Uembli” stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər