Paşinyanın siyasi manevrləri öz əleyhinə işləyir
Dağlıq Qarabağ münaqişəsindən Ermənistanın indiki baş naziri Nikol
Paşinyanın öz hakimiyyətini gücləndirmək üçün istifadə etməsi heç kimə sirr
deyil. Ötən müddət ərzində onun bu addımı müxtəlif məqamlarda özünü büruzə
verir. Həm də Paşinyan erməni cəmiyyətinə göstərməyə çalışır ki, guya Dağlıq
Qarabağ problemi ilə dərindən məşğul olur. Lakin bir sıra atılan addımlar,
verilən bəyanatlar heç də özünü doğrultmur. Necə ki, bir neçə gün öncə
Paşinyanın mətbuat katibi Vladimir Karapetyan jurnalistlərə açıqlama verərək
bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Sank-Peterburq Beynəlxalq
İqtisadi Forumu çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsi
müzakirə edilib. Bu informasiyanın ardınca isə Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov bəyan edib ki, prezident Vladimir Putin və Ermənistanın
baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsi müzakirə olunmayıb: "Qarabağ münaqişəsi müzakirə
olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın
müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb”.
Rusiya rəsmisinin bu açıqlaması bir daha təsdiqləyir ki, Paşinyan erməni cəmiyyətini aldatmaqla bərabər, hakimiyyətini qorumaq üçün siyasi manevrlər edir. Artıq bu hal bir neçə dəfədir ki, təkrar olunur. Bütün bunlar bir daha onu göstərir ki, rəsmi Moskva Paşinyanı ciddi siyasi fiqur kimi qəbul etmir. İndiki halda Paşinyanın düşdüyü bu situasiya nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu gün Dağlıq Qarabağ məsələsi təkcə Ermənistan üçün deyil, eyni zamanda dünya üçün çox ciddi problemdir: "Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Rusiyanın forpostu olan Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Faktiki olaraq, bu gün Ermənistan dalana dirənib, iqtisadi, ümumiyyətlə, hər hansı sahədə inkişafdan danışmağa dəyməz. Əhalisi də durmadan ölkəni tərk edir, təqribən 20 ildən sonra Ermənistan əhalisiz bir dövlətə çevriləcək”.
A.Mirzəzadə əlavə etdi ki, Paşinyan tədricən özündən əvvəlki Ermənistan rəhbərləri Koçaryan və Sarkisyanın apardığı siyasəti təkrarlamağa başlayır: "Ancaq açıq etiraf edək ki, erməni cəmiyyəti onun əleyhinə qalxır, çünki məhz Paşinyanın rəhbərliyi ilə Sarksiyan hakimiyyətini devirmişdilər. O, özünü bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ məsələsində fərqli siyasət aparan bir lider kimi göstərməyə çalışır. Amma bu, onda alınmır. Çünki Paşinyanın atdığı addımlar Sarkisyanın atdığı addımların təkrarıdır. Buna görə də, vaxtaşırı yalan danışmağa çalışır. Bu yalanlar hətta dövlətlərarası münasibətlərdə də özünü göstərir. Hesab edirəm ki, Paşinyanın son dövrlər sürətlə nüfuzunu itirməsi, reytinqinin aşağı düşməsi ilk növbədə əhalinin ona inamının itməsi, etibarı doğrulda bilməməsi ilə bağlıdır. Yeni bir şey, ən əsası Ermənistan üçün vacib olan Dağlıq Qarabağ məsələsini həll edə bilməyəndə isə artıq Paşinyan üçün yalan danışmaqdan başqa bir yol qalmır”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistan tərəfinin, Paşinyanın Putinlə görüşü zamanı münaqişənin tənzimlənməsinin müzakirəsi ilə bağlı məlumatlar verməsi konyuktur yanaşmadır: "Belə ki, bu gün erməni cəmiyyətini, hətta Paşinyanın özünü də maraqlandıran əsas məsələlərdən biri məhz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vəziyyətə müəyyənlik gətirilməsi ilə bağlıdır. Yəni Paşinyan bütün hallarda tutaq ki, Rusiya prezidentinin dilindən münaqişə vəziyyətində olan Ermənistana bu və ya digər formada hər hansı bir dəstək almaqla, kiçik də olsa, qələbə qazanmış olur. O, bununla da Ermənistanda bir növ hakimiyyət mövqelərini möhkəmləndirməyə ümid edir. Çünki Paşinyanın hakimiyyəti kifayət qədər kövrəkdir. Bilirik ki, qondarma Dağlıq Qarabağ rejimi ilə Paşinyan və bütövlükdə Ermənistanın mövcud hakimiyyəti arasında çox ciddi fikir ayrılığı var. İndiki halda tərəflər arasında münasibətlərdəki gərginlik də davamlı olaraq artmaqdadır. Bu vəziyyətin fonunda Paşinyan Ermənistanın işğalçılıq siyasətinin legitimləşdirilməsi istiqamətində addım kimi qiymətləndiriləcək hansısa bir məqama nail olmaq istəyir. Amma hesab edirəm ki, Peskovun dediyi kimi, Putinlə Paşinyan arasında görüş zamanı münaqişənin tənzimlənməsi müzakirə olunmayıb”.

E.Mirbəşiroğlu vurğuladı ki, Putinin Paşinyanla Dağlıq Qarabağla
bağlı məsələni niyə müzakirə etməməsi ətrafında da düşünmək olar: "Məsələnin
görünən tərəfi ondan ibarətdir ki, Putin də Paşinyanı ciddi subyekt kimi qəbul
etmir. Rusiya prezidenti bir növ Paşinyana göstərmək istəyir ki, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı müzakirə aparılacaq şəxs məhz o
deyil. Bunu açıq şəkildə ifadə etməsələr də, bu gün Paşinyanın hakimiyyətdə
olması Rusiya üçün arzuolunan deyil. Görünür, rəsmi Moskva bununla göstərmək
istəyir ki, ümumiyyətlə, Paşinyanın hakimiyyətini qəbul etmir və onu gələcəkdə
başqası ilə əvəz edəcək şəxslə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsi müzakirə olunacaq”.
BƏXTİYAR