AZE | RUS | ENG |

"Paşinyanın sərsəm bəyanatı Qarabağla bağlı danışıqlara son qoya bilər"

"Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər".

"Report" xəbər verir ki, bu fikri Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

"Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir", - o deyib.

Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: "Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2275
TRY 1 Türk lirəsi 0.2758
KWD 1 Küveyt dinarı 5.6154
SEK 1 İsveç kronu 0.1932
EUR 1 Avro 1.9960
CHF 1 İsveçrə frankı 1.7592
USD 1 ABŞ dolları 1.7000