• cümə axşamı, 25 aprel, 08:52
  • Baku Bakı 14°C

Paşinyanın Qarabağa dair növbəti bəyanatı nəyə hesablanıb?

23.02.20 10:51 968
Paşinyanın Qarabağa dair növbəti bəyanatı nəyə hesablanıb?
"Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Münxen debatında ona vurduğu diplomatik zərbədən hələ də özünə gələ bilməyib. O, hazırda çaşqınlıq vəziyyətindədir və nə danışdığını özü də bilmir”. Bu fikirləriSİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Hazırda Paşinyanın tələyə düşdüyünü deyən politoloq söyləyib ki, çünki Ermənistanda mədəniyyət xadimləri, siyasətçilər, müxalifət partiyalarının nümayəndələri ekspertlər ona qarşı aqressivləşərək ünvanına sərt tənqidlər səsləndirirlər: "Onlar Paşinyanın Münxen debatında çox zəif apardığını, faktiki olaraq məğlubiyyətlə qarşılaşdığını qeyd edirlər”.
F.Sadıqov söyləyib ki, bütün bunlara baxmayaraq Nikol Paqşinyanın televizyaların birinə verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yenidən əsassız və beynəlxalq hüquq normalarına zidd verməsi danışıqlar prosesinin Ermənistan tərəfindən pozulduğunu isbat edir: "Əgər o öz mövqeyində israrlı qalarsa, o zaman bu, danışıqlar prosesinin süni şəkildə pozulması deməkdir və belə olan halda, hesab edirəm ki, həmsədərlər konkret mövqe ortaya qoymalıdırlar”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını istisna edib.
banner

Oxşar Xəbərlər