• şənbə, 20 Aprel, 12:07
  • Baku Bakı 23°C

Paşinyanın komandası parçalanır

23.04.19 18:33 474
Paşinyanın komandası parçalanır
Nikol Paşinyan hökumətinin korrupsiyaya qarşı mübarizə adı altında başlatdığı kampaniya fiaskoya uğramaqdadır. Qərbin nüfuzlu "EurasiaNet” saytı yazır ki, Ermənistan hökumətinin korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri David Sanasaryan özü korrupsiya fəaliyyətində ittiham olunub. Sayt sual edir - Nikol Paşinyanın son günlərə qədər ən yaxın müttəfiqi, korrupsiyaya qarşı mübarizəni hökumətin əsas mübarizə vasitəsinə çevirən bu şəxs siyasi intriqaların qurbanı olub, yaxud, həqiqətən də hakimiyyətdən su-istifadədə günahlandırılır? O özü ittihamları rədd edir və bildirir ki, siyasi intriqaların qurbanıdır. Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən həftə Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryanı öz vəzifə səlahiyyətlərini yerinə yetirməməkdə və əməkdaşının biznes maraqlarını yeritmək cəhdində ittiham edib. Bildirilib ki, D.Sanasaryana qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən ittiham irəli sürülüb. Sanasaryan Paşinyanın ən yaxın adamı, onun lideri olduğu "Vətəndaş müqaviləsi” Partiyasının üzvü və "Serji rədd et” etiraz hərəkatının fəallarından olub. Məhz onların fəaliyyətinin nəticəsində Sarkisyan rejimi süqut etmiş və hakimiyyətə indiki baş nazir gəlmişdi. Nəşr xatırladır ki, Paşinyan hakimiyyətə gələndə korrupsiyaya qarşı mübarizəni özünün gündəminin əsas bəndinə çevirmiş və dəfələrlə korrupsiya üzərində qələbəni reklam etməyi xoşlayırdı. Hətta bir dəfə "Biz sistemli korrupsiyanı məhv edə bildik” - deyə, avropalılar qarşısında bəyan etmişdi. Milli Təhlükəsizlik Xidməti baş verən korrupsiya sxemi barədə ətraflı məlumat verməsə də, nüfuzlu Hetq xəbər saytı yazıb ki, bu iş Vanadzor şəhərində dövlət xəstəxanası üçün qan dializi avadanlığın alınmasından gedir. Nəşrin iddiasına görə, Dövlət Nəzarəti Xidmətinin dövlət idarələri üçün satınalmalara cavabdeh Samvel Adyan adlı bir əməkdaşı qardaşının adına olan şirkət üçün əlverişli şərait yaratmaq məqsədilə tenderin şərtlərini dəyişib. "Onlar dövlət səviyyəsində biznesi oğurlamaqla məşğuldurlar”, - deyə tenderdə iştirak edən rəqib şirkətin rəhbəri Qrant Pivazyan "Hetq”ə açıqlamasında bildirib. Fevral ayında Adyan və Dövlət Nəzarət Xidmətinin iki əməkdaşı bu işlə əlaqədar nəzarət altına alınıblar. Lakin yeni ittihamlara görə sxemin izləri birbaşa idarənin rəhbərliyinə gedib çıxır. Sanasaryanı hələ ki, həbs etməyiblər, lakin onun dilindən heç yerə getməmək barədə iltizam alıblar. Onu müvəqqəti olaraq vəzifə səlahiyyətlərindən məhrum ediblər. Lakin Paşinyanın nümayəndəsi "Armenpress” dövlət informasiya agentliyinə bildirib ki, onu vəzifəsindən uzaqlaşdırmayıblar. Çünki, Paşinyan onun günahsızlıq prezumpsiyasına hörmət edir. Ona qarşı ittihamlar irəli sürüləndə Sanasaryan bildirib ki, "onu satılmaz olması səbəbindən ittiham edirlər. Və özlərinin korrupsiya ilə məşğul olmalarına mane olmamasına çalışırlar. Mən onlara demək istəyirəm ki, qəbirdə də korrupsiyaya qarşı mübarizə aparacağam”. Bununla da demək istəyib ki, hakimiyyət uğrunda mübarizənin qurbanı olub. Əlavə edib ki, "baş nazir onu siyasi motivlərlə izləmək istəməz. Lakin müəyyən adamlar var ki, onu vəzifəsindən azad edilməsini istəyərdilər. Dövlət Nəzarət Xidməti böyük hakimiyyətə malikdir və çoxlarının maraqlarını boğur”. Sayt yazır ki, hazırda analitiklər irəli sürülən ittihamların mahiyyətini araşdırmağa çalışırlar.
"Əgər David Sanasaryan cinayət törədibsə cinayət məsuliyyətinə cəlb edilməlidir. Yalnız ona görə ki, Ermənistanda korrupsiya mövcud deyil”. Bu sözləri "İnformasiyalı vətəndaşlar İttifaqı”nın fəalı və koordinatoru "facebook” sosial şəbəkəsində birbaşa efirdə bəyan edib. "Lakin mənim bununla bağlı ciddi şübhələrim var”, deyərək əlavə edib ki, Milli Təhlükəsizlik Xidməti bu işlə məşğul olmamalıdır. Belə ki, yüksək rütbəli məmurların fəaliyyəti Xüsusi İstintaq Xidməti üçün imtiyazlı məsələ hesab edilir.
Erməni mediası da Paşinyanın uğursuz və səriştəsiz hakimiyyətindən yazır. Ermənistanın yeni hökuməti iqtisadiyyatın gəlirli sahələrinin bölüşdürülməsi prosesini davam etdirir. Bu məlumatı "Jamanak” qəzeti yayıb. "Bizim məlumatımıza əsasən, ölkəyə aviayanacaq idxalı Xaçatur Sukiasyana məxsus SIL konserninə veriləcək. Hər yeni hökumətin dövründə bu sferaya yeni adamlar nəzarət ediblər. Robert Koçaryan bu sahədə monopoliyanı Mikael Bağdasarova, Serj Sarkisyan isə Barseq Bəyləryana verib”, – deyə qəzet bildirib.
Qeyd edək ki, Xaçatur Sukiasyan erməni parlamentinin keçmiş deputatıdır. O, uzun illər Ermənistana əsas benzin idxalçısı olub. Sukiasyan həmçinin Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın ən yaxın adamlarından biri sayılır.
"Jamanak” nəşrində dərc olunan başqa bir informasiya isə bildirilir ki, bu günlərdə N.Paşinyan sürücüsünün əmisi oğlunu "Noraqavit” avtonəqliyyat vasitələrinin sənədlərinin qeydiyyatı üzrə gömrük məntəqəsinin direktoru təyin edib. "Xatırladaq ki, iki həftə əvvəl Paşinyan bu gömrük məntəqəsində bayrağı divara söykədiyinə görə əməkdaşın işdən qovulması ilə bağlı göstəriş vermişdi. Daha sonra gömrük məntəqəsinin direktoru da işdən qovulub. Baş nazirin sürücüsünün əmisi oğlu yeni Ermənistanda vəzifədə çox sürətlə yüksəlir. Buna qədər o, hava limanının karqo rəisi təyin edilmişdi. Qeyd edək ki, bu vəzifə də kifayət qədər gəlirli hesab olunur”, - nəşr yazıb.
Beləliklə, gəlinən qənaət budur ki, Ermənistanda ötən ilin aprelində yaşanan dövlət çevrilişindən sonra fəaliyyət göstərən yeni hökumət elə əvvəlkinin davamıdır. Ölkənin hazırkı Nazirlər Kabineti feyk-hökumətdir. "İnqilab şinelini çıxarmayan” Paşinyan özünü baş nazir kimi aparmır. Faktiki olaraq ölkədə hökumət deyil, Paşinyanın rəhbərlik etdiyi inqilab komitəsi mövcuddur. Paşinyan əlində "sehrli çubuq” olduğunu deyir və əhaliyə iqtisadiyyatda sıçrayışlar, iqtisadi inqilab vəd edirdi. Bütün bu vədlər elə vəd olaraq da qaldı.

Azər
banner

Oxşar Xəbərlər