• cümə, 29 Mart, 04:11
  • Baku Bakı 7°C

"Paşinyanın hərbi qüvvələr tərəfindən devrilməsi reallaşa bilər"

06.07.20 10:52 437
"Paşinyanın hərbi qüvvələr tərəfindən devrilməsi reallaşa bilər"
Siyasi şərhçi: "Gümrüdəki 102 saylı hərbi baza Rusiyanınregiondakı siyasi-hərbi qərargahıdır"
"Rusiyanın Ermənistana yeni silahlar və havdan müdafiə sistemləri göndəməsi, Kremlin regionda son günlər inkişaf edən Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından irəli gəlir. Rusiya bununla yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinə qarşı olduğunu göstərir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada keçirilən paradda iştirak etməməsi, pərdəarxası davam edən problemlərin nəticəsidir. Bu probelmlər əsasən regionda davam edən proseslərdən qaynaqlanır. Fikir versək, Cənubi Qafqazın üç dövət başçısı bu paradda iştirak etmədi. Bu, o deməkdir ki, Rusiya Cənubi Qafqazda heç də göründyü kimi deyil".
Bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə "Facebook" profilində yazıb.
O qeyd edib ki, hava yolu və Xəzər dənizi vasitəsilə İran ərazisindən göndərilən bu silahların böyük partiyası Gümrüdə "102" saylı hərbi bazaya yerləşdirilsə də, hədəf birbaşa Qarabağ məsələsidir: "Xəzər dənizi vasitəsilə İran ərazisindən keçən hərbi yüklər İranın Araz çayında tikdiyi körpü vasitəsilə Azərbaycanın işğal olunmuş ərazisinə daşınması istisna deyil. Çünki, bu körpü aktiv fəaliyyət göstərir və oradan istifadə edilir. Göründüyü kimi Araz çayında tikilən, Azərbaycanın milli təhlükəsilziyinə təhdid olan bu körpü Rusiyanın geosiyasi maraqlarını da təmin edə bilir".
M.Əsədullazadə bildirib ki, Ermənistana göndərilən bu silahların Naxçıvan istiqmətində və işğal olunmuş ərazilərdə yerləşdirilməsi mümkündür. Onun sözlərinə görə, Ermənistan son vaxtlar iki istqamətdə müdafiəni gücləndirməkdədir: "Ermənistanın Qarabağ danışıqları sadəcə imitasiya xarakteri daşıyır. Bu imitasiyanı yaradan Rusiya və Ermənistan tandemidir. Ermənistanda artan Rusiya isterikasına baxmayaraq, Kremlin bu hərbi dəstəyi heç də Ermənistanı müdafiə etmək deyil. Cənubi Qafqazda Ermənistan və Azərbayanı təzyiq altında saxlamaq siyasətidir.Hazırda Ermənistanda Rusiyaya qarşı Paşinyanın siyasi isterikası davam edir. Bu ölkədə Rusiyaya bağlı siyasi qüvvələr sıradan çıxarılır. Moskvanın fəaliyyətini neytrallaşdırmağa çalışılır. Hətta Rusiya hərbi bazalarının çıxarılması göndəmdədir".
Siyasi şərhçi qeyd edib ki, bütün olanlara baxmayaraq, Rusiya Ermənistana hərbi cəhətdən güclənməklə, bu ölkədən çıxmasını planlaşdırmır: "Həmçinin, Türkiyə sərhəddində yeni geosiyasi toqquşmalar fonunda hərbi qüvvlərini artırır. Ermənistanda siyasi qüvvələrə qarşı, xüsusilə hakimiyyətə qarşı yeni təzyiqlərə başlanmasını planlayır. Gümrüdəki 102 saylı hərbi baza regionda Rusiyanın siyasi-hərbi qərargahıdır. Buradan Türkiyə, Azərbaycan və Ermənistana, həmçinin Gürcüstana nəzarət edir. Ermənistanda Baş nazir Nikol Paşinyan Qərbin dəstəyi ilə güclənərək anti-Rusiya siyasətini davam etdirsə, onun hərbi qüvvələr tərəfindən devrilməsi reallaşa bilər. Rusiyada konustitusiya dəyişilikləri, məhz Rusiyanın geosiyasi müstəvidə möhkəmlənmək planın tərkib hissəsidir. Amma, Putinin bu planları heç də uğurlu olamyacaq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər