• çərşənbə axşamı, 19 mart, 07:36
  • Baku Bakı 8°C

Paşinyanın əleyhdarları Aİ-nin Yerevandakı ofisinin qarşısında etiraz aksiyası keçirir

20.05.19 14:22 262
Paşinyanın əleyhdarları Aİ-nin Yerevandakı ofisinin qarşısında etiraz aksiyası keçirir
Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı çıxan "Adekvad” ictimai təşkilatının üzvləri Avropa İttifaqının nümayəndə heyətinin Yerevanda yerləşən ofisinin qarşısında etiraz aksiyasına başlayıb.
AZƏRTACbu barədə xarici KİV-lərə istinadla xəbər verir.
"Ermənistanda son zamanlar baş verən bütün hadisələrə əsas etibarilə bu qurum sponsorluq edir. Ölkədə konstitusiya quruluşunun devrilməsi Avropa İttifaqının gündəliyində olub və bu proses azı bir il bundan öncə hakimiyyətin qəsb olunması ilə başlayıb”, - deyə aksiyanın təşkilatçılarından biri Artur Danielyan bildirib. Onun sözlərinə görə, bu məsələdə təkcə Paşinyan deyil, həmçinin prosesə sponsorluq edən qurumlar da günahkardır.
Aksiya iştirakçıları ofisin hasarına "Ermənistan işğal altında”, "Öz marionetlərinizi geri qaytarın”, "İndi xoşbəxtsiniz?”, "Why so Soros” sözləri yazılmış plakatlar vurublar.
banner

Oxşar Xəbərlər