• çərşənbə, 24 Aprel, 05:08
  • Baku Bakı 14°C

Paşinyanın bitib-tükənməyən problemləri

08.05.20 16:24 767
Paşinyanın bitib-tükənməyən problemləri
Ermənistan hakimiyyəti döyüş bölgəsində öldürülən hərbçi analarının çoxsaylı sualları qarşısında aciz qalıb

Erməni cəmiyyətinin çoxsaylı problemləri sırasında işğal altında olan Azərbaycan torpaqlarında məhv edilən hərbçi ailələrinin sosial durumu da var. Və bu problem günbəgün artmaqdadır. Mütəmadi olaraq erməni mediasında əsgər analarının etiraz aksiyaları, onlara sosial ödəmələrin verilməməsi, problemlərinə qulaq asılmaması barədə məlumatlar yer alır. Baş nazir Nikol Paşinyanın populist çıxışları da insanları sakitləşdirə bilmir. İnsanlar artıq onun "hər şey yaxşı olacaq” fikirlərinə inanmır, etirazlarını çatdırırlar. Onun sosial şəbəkələrdəki canlı çıxışlarında daha çox şikayət və problemlər yer alır. "Vestnik Kafkaza” yazır ki, bu gün Ermənistan hakimiyyət orqanları döyüş bölgəsində, eləcə də, dinc şəraitdə ölən hərbçi analarının çoxsaylı sualları qarşısında aciz qalıb. Döyüşlər zamanı əlil olan, ölənlərin yaxınlarının etirazları da bu səbəbdən səngimir. Bunun nəticəsidir ki, orduda fərarilik, rüşvət vermə müqabilində cəbhə zonasında xidmət etməmək halları artır. Vəziyyəti gərginləşdirən, kütləvi informasiya vasitələrində mütəmadi olaraq bərbad vəziyyətdə olan Qarabağ əlillərinin vəziyyətinin işıqlandırlmasıdır. Məsələn, Ermənistan sakini, Qarabağda işğalçı əməliyyatlarda iştirak edən 1-ci qrup əlil Artur Hovsepyan deyir ki, davamlı olaraq, Əmək və Sosial Müdafiə Nazirliyinə müraciət edib ki, gəlib ayağına protez qoysunlar: "Neçə vaxtdır ki, nazirliyin işçisi Zaruhi Batoyan mənimlə yalnız sənədlər üzərindən əlaqə saxlayır. Hər dəfə atamın adını soruşur, bunun məsələ ilə nə əlaqəsi var? Axı bütün bunlar sənədlərdə qeyd edilib”. 51 yaşlı Artur Hovsepyanın həyatı 9 ay əvvəl baş verən hadisə nəticəsində kəskin dəyişib. 2018-ci ilin martında küçədə yıxılıb və ayağını sındırıb. Onu təcili tibbi yardım maşını ilə Vanadzor tibb mərkəzinə aparıblar. Tibbi yardım göstərilib və əməliyyat olunub. Ancaq növbəti 6 ayı əzab içərisində keçirib. "Protezimin olmasını, addımlamağı bacarmaq, ehtiyaclarımı ödəmək istəyirəm. Ancaq mən, sadəcə 1-ci qrup əliləm, siz mənim vəziyyətimi təsəvvür edirsiniz. Mən müharibə görmüşəm, belə olmamışam. İndi sadə ehtiyaclarımı ödəyə bilmirəm. Əzablı yollarım başlayıb və artıq 9 aydır çarpayıya bağlı qalmışam”, - deyə o bildirib. Qeyd olunur ki, keçirdiyi tibbi əməliyyatlar uğursuz olub. Əməliyyat üçün tələb edilən dəmir avadanlığı icra hakimiyyətinin verdiyini, əməliyyatdan sonra isə çıxarıb zibil qabına atdıqlarını qeyd edib. 2 dəfə uğursuz əməliyyatdan sonra zərərçəkən hüquq mühafizə orqanlarına müraciət edib.
Bununla yanaşı, Emənistan Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş, mənzilə ehtiyacı olan şəxslərin dövlət tərəfindən mənzillərlə təmin olunması proqramı uğursuzluğa düçar olub. Pproqram başqasının damı altında yaşayan hərbçilərə və onların ailələrinə yardım etməyi planlaşdırsa da, onunla bağlı bir çox narahatlıqlar var. Hərbi təqaüdçü R.Papaxçyan 2002-ci ildə mənzilə ehtiyacı olan hərbi qulluqçular siyahısının əvvəlində olub. Son 17 ildə onun ailəsində çox şey dəyişib, iki övladı böyüyüb və hazırda xaricdədirlər, müəllimə olan həyat yoldaşı isə ölüb. O bildirib ki, bir şəxs kimi ona 3 milyon dramlıq sertifikat təklif olunur. Bu məbləğlə o, özü üçün ev almalıdır. Mənzil sertifikatı müvafiq müqavilə imzalandıqdan sonra 6 ay qüvvədədir. Papaxçyan qeyd edib ki, Noyemberyan şəhərində bir otaqlı ən ucuz mənzil 8-10 min dollardır, 3 milyon dram pulla birotaqlı mənzil almaq mümkünsüzdür. "Sertifikat almaq istəmirəm, qoy dövlət özü üçün Noyemberyanda birotaqlı mənzil alsın. Noyemberyan şəhərinə qonşu olan Koğb kəndinin hərbi qəsəbəsində yaşayan təqaüdçü hərbçilərə mənzil sertifikatları vermək əvəzinə, onlara hərbi qəsəbədə məskunlaşdıqları əraziləri boşaltmaq təklif olunub”, - deyə o bildirib. Maraqlıdır ki, hərbçilərin dözülməz vəziyyətinə hakimiyyəti təmsil edən deputatlar da etiraz edir. Ermənistan parlamentinin iclası zamanı "Mənim addımım” fraksiyasının deputatı, "Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan deyib ki, mənə elə gəlir ki, Qarabağ müharibəsi veteranları 70 yaşına çatanda bəzi yeni bonuslar verəcəyik. Lakin ona qədər adam qalmayacaq. O qeyd edib ki, Qarabağ müharibəsi iştirakçılarına, təqaüdə çıxdıqları halda, cüzi ödəniş vermək böyük problem yaradıb. Bütün bunların fonunda Ermənistan ordusunda ötən ay qeydə alınan itki, yaralanma, qəza və oğurluq faktı ilə bağlı hesabat da diqqət çəkir. Aprel ayının nəticələrinə görə, Ermənistan ordusunda 3 ölüm hadisəsi (2-si intihar, 1-i güllələnmə) qeydə alınıb. Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 26 hərbçi (11-i döyülmə, 6-sı qəza, 3-ü təhlükəsizlik qaydalarının pozulması, 2-si intihara cəhd, 1-i təxribata cəhd, 1-i isə qəsdən öldürülməyə cəhd, 1-i güllələnmə, 1-i bıçaqlanma) yaralanıb. Həmçinin 7 fərarilik, 1 oğurluq, 1 rüşvət vermə faktı da aşklarlanıb. İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbçilər arşında, hətta zabitlərin xidmət yerindən qaçması, artıq adi hala çevrilib. Vəziyyət o həddə çatıb ki, hərbi hissə komandirləri 2-3 günlüyə qaçıb gedən və tapılıb geri gətirilən hərbi qulluqçular barədə yuxarı komandanlığa məlumat belə vermirlər. Eyni gündə 3 zabitin xidmət yerini özbaşına tərk etməsi barədə də xəbər yayılıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər