• cümə axşamı, 28 mart, 13:03
  • Baku Bakı 16°C

Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir

19.08.19 13:38 11826
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
Azərbaycanın işğal olunmuş ərazilərinin "Ermənistanın tərkib hissəsi” olması barədə bu ölkənin Baş naziri Nikol Paşinyanın açıqlamaları onun hakimiyyətinin zəifliyinin göstəricisidir. Aydındır ki, bu cür populist açıqlamalarla N.Paşinyan təkcə daxili siyasi arenada deyil, həm də xarici siyasi fəaliyyətini yaymamağa çalışır.
"Qarabağ klanı”na uduzmaqla, N.Paşinyan Ermənistan əhalisinin dəstəyini də itirir. Həm də erməni nazir hakimiyyətə gəldiyi andan öz xalqına Ermənistanda "məxməri inqilab” barədə nağıllar yedirir.
Əslində isə Yerevanda əksəriyyəti bu sualı verir: Ermənistanda inqilab olubmu?
Yerevanda belə bir fikir var ki, əslində N.Paşinyanın "məxməri inqilab”ı əvvəlki hakimiyyətin də rol oynadığı rəhbər dəyişikliyi üçün hazırlanmış ssenari idi.
Ötən müddət ərzində Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib. "Məxməri inqilab”dan sonra Fransa Prezidenti Emmanuel Makron istisna olmaqla heç bir xarici dövlət lideri Ermənistana səfər etməyib.
Amma öz uğursuzluqları fonunda N.Paşinyan öz xalqını Ermənistanın böyük dövlətlər üçün maraqlı olduğu fikrinə inandırmaq cəhdlərindən əl çəkmir. Reallıqda biz ABŞ və Qərbin Ermənistana marağını görmürük.
Məhz buna görə də N.Paşinyanın öz xalqını Azərbaycanın işğal olunmuş ərazilərinin "Ermənistanın tərkib hissəsi” olması barədə populist fikirlərə inandırmaqdan başqa çarəsi qalmır. Ehtimal olunur ki, bu cür primitiv bəyanatlarla N.Paşinyan ölkədə əvvəlki nüfuzunu saxlaya bilməyəcək.
Elxan Ələsgərov
"Baku Network” Ekspert Şurasının rəhbəri, Trend İnformasiya Agentliyinin baş direktor müavini
banner

Oxşar Xəbərlər