AZE | RUS | ENG |

Paşinyandan növbəti populist addım

Paşinyandan növbəti populist addım
Baş nazir ölkə vətəndaşlarını inqilabi iməciliyə çağırır

İnqilab eyforiyasının təsirindən qurtula bilməyən baş nazir Nikol Paşinyan populist bəyanatlar və vədlər verməkdə davam edir. Bu dəfə baş nazir martın 23-də ölkə boyu inqilabi miqyaslı iməcilik keçirmək təşəbbüsü ilə çıxış edib. "Mən bir dəfə demişəm ki, Ermənistanda əhəmiyyətli, ciddi dəyişikliklər həyata keçiriləcək. Bununla da Ermənistanı zibillikdən təmizləyəcəyik. Əlbəttə ki, bu cür layihələr ilk dəfə reallaşır. 2-3 il əvvəl hökumət "Təmiz Ermənistan” proqramını reallaşdırıb. Lakin indi biz buraxılan səhvləri təkrarlamaq istəmirik”, - deyə baş nazir bildirib. "Belə baxanda baş nazir çox əhəmiyyətli məsələdən danışır. Yəni təmizlik aparmaq elə də pis təşəbbüs deyil. Lakin gəlin nəzərə alaq ki, biz postinqilab dövrünün Ermənistanında yaşayırıq. Və mövcud vəziyyət fərqlidir. Bütün problem ondadır ki, Nikol Paşinyan hökuməti dərin ideyalar böhranı yaşayır. Başqa sözlə desək, inqilabı keçirən insanlara konseptual olaraq bir şey söyləyə bilmir, təkrarçılığa yol verir. İndi Nikol Paşinyan bildirir ki, yeni təmizlik proqramı millətin xilası proqramıdır. Sadəcə, əvvəlkilər çox yaxşı etmirdilər və indi inqilab tozu ilə onu reallaşdırmaq lazımdır”, - deyə "Sputnik Armeniya” yazır. Yeri gəlmişkən, Paşinyanın növbəti populist qərarı hökumətin 2019-2023-cü illər proqramı ilə bağlıdır. Ötən gün onu parlamentin müzakirəsinə çıxaran Nikol ümumxalq iqtisadi inqilab proqramını elan edib. Əlavə edib ki, bu gün Ermənistanda çoxsaylı problemlər qalır. "Məxməri inqilab” həyata keçirən erməni xalqının iqtisadi inqilabı da uğurla həyata keçirəcəyini bildirən baş nazir deyib ki, yaxın beş il üçün hökumətin vəzifəsi yoxsulluğun və işsizliyin aradan qaldırılması, eləcə də sənayenin və ixracın yüksəldilməsi olacaq. Baş nazirin qənaətincə, yaxın illər üçün ölkəni kriminal-oliqarxik və korrupsioner idarəçilikdən azad etmək lazımdır. Lakin dərhal da ekspert cəmiyyətində Paşinyanın bu proqramı sərt tənqidlərə tuş gəlib. Qeyd etmək lazımdır ki, Paşinyanın "erməni iqtisadi inqilabı” proqramında bir yerdə də olsun Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından söhbət getmir. "Vestnik Kafkaz”a açıqlamasında Siyasi tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Paşinyanın proqramını 3 balla qiymətləndirib. Onun sözlərinə görə, sərhədlərin bağlı qalması Ermənistanı tam şəkildə inkişaf etdirməyə imkan vermir. "Ermənistanda iqtisadi sıçrayış üçün şərtlər yoxdur”, - deyə o bildirib. Ekspertin qənaətincə, vəziyyəti gərginləşdirən odur ki, Ermənistan balaca və kiçik bazara malikdir: "Erməni iqtisadiyyatı yalnız inteqrasiya və geniş bazarla inkişaf edə bilər. Bu hələ ki yoxdur”. Yazıçı, jurnalist Armen Qasparyan hesab edir ki, tək korrupsiya üzərində qələbə qazanmaqla "erməni iqtisadi inqilabı”nı reallaşdırmaq mümkün deyil. Onun qənaətincə, Ermənistana çox ciddi iqtisadi və sosial islahatlar gərəkdir: "Yumşaq desək, ideal deyil. Hazırkı anda Paşinyanın timsalında biz sırf populist bir şəxsi görürük. Onun Moskvaya son səfərində söylədiyi fikirlər də bunu sübut edir. Avrasiya forumunda çıxış edən baş nazir bildirib ki, burada nə baş verdiyi onun üçün aydın deyil. Əgər Paşinyan hansısa bir uğur əldə edərsə, o zaman populizmə son qoyacaq və siyasətçi olacaq”, - deyə ekspert vurğulayıb. Yeri gəlmişkən, Ermənistan yüklərin Gürcüstandan və İrandan daşınmasında ciddi problemlərlə qarşılaşıb. Belə ki, 2012-2018-ci illərdə Gürcüstandan bu ölkəyə dəmir yolu ilə yükdaşımaları 43 faiz azalıb, İran ərazisindən isə logistika fəaliyyəti iflic olub. Tbilisi "Yuxarı Lars” keçid-məntəqəsinin həddindən çox yüklənməsi səbəbindən taxılın bu yolla Rusiyadan Ermənistana daşınmasını da qadağan etmək niyyətindədir. Əvvəllər Poti limanından yüklərin qatarla Ermənistana göndərilməsi də iflic olub. Nəqliyyat dəhlizinin tədqiqatı Mərkəzinin direktoru Paata Çaqareşvili bildirib ki, gürcü hökuməti bu problemlərin həlli üçün yollar axtarır. Avtomobil yolu ilə Ermənistana yükdaşımalarına dair Gürcüstanla razılaşmanın müddəti isə 2019-cu il oktyabrın 1-də başa çatır. Çaqareşvili əlavə edib ki, Gürcüstandan Ermənistana yükdaşımaların kəskin azalması bir neçə il əvvəl İran marşrutunun fəaliyyətinin güclənməsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın İrana qarşı yenidən sanksiyaları gücləndirməsindən əvvəl erməni şirkətləri Çin və digər ölkələrdən yükləri Bəndər-Abbas limanı vasitəsilə İran ərazisindən daşıyırdılar. "Həmin vaxt Poti limanına Ermənistan yükləri ilə bir konteyner belə daxil olmurdu. Bəndər-Abbas limanı ermənilər üçün ən mühüm yükdaşıma və yükaşırma məntəqəsinə çevrilmişdi. Lakin ABŞ-ın sanksiyaları bu prosesə mənfi təsir etdi”, - deyə gürcü ekspert vurğulayıb. Ekspertlər bildirirlər ki, vəziyyətin bu cür davam edəcəyi təqdirdə, Ermənistan iqtisadiyyatı ciddi problemlərlə qarşılaşacaq.   Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805