• şənbə, 20 Aprel, 17:25
  • Baku Bakı 23°C

Paşinyan Rusiyadan alınmış qırıcılarda sursatların olmadığını bildirib

21.03.21 09:30 562
Paşinyan Rusiyadan alınmış qırıcılarda sursatların olmadığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan "Su-30SM” döyüş təyyarələri alınarkən onların döyüş sursatları ilə təchiz edilmədiyini bildirib.
APA"News.am” saytına istinadən xəbər verir ki, bununla da o, keçmiş baş hərbi müfəttiş general-polkovnik Movses Akopyanın verdiyi açıqlamanı təsdiqləyib.
"Bizi ittiham edirlər, deyirlər ki, təyyarələri niyə aldıq. Bəli, təyyarələr aldıq və bəli, müharibədən əvvəl raket almaq üçün vaxtımız olmadı. Ancaq siz təyyarələri alardınız, biz də raketləri alardıq”, - bu sözləri Paşinyan Ohanavan kəndinin sakinləri ilə görüşündə əvvəlki hakimiyyətə müraciətində səsləndirib.
Xatırladaq ki, Qarabağ müharibəsindən sonra istefa verən Movses Akopyan 19 noyabr 2020-ci il tarixində mətbuat konfransında verdiyi açıqlamasında Paşinyanın silah-sursat alışı ilə bağlı planı dəyişdiyini demişdi.
"Biz "Su-30SM” qırıcıları aldıq... Bizə "Su” təyyarələri lazım deyildi. Həmin təyyarələr burada sursatsız qalıblar. Rusiya hökumətinin qərarına görə, bu qırıcıların döyüş sursatlarının ikinci ölkələrə satılması qadağandır”, - deyə Akopyan bildirib.
Elə həmin gün Ermənistan Müdafiə Nazirliyi təkziblə çıxış edərək bildirmişdi ki, M.Akopyanın açıqlamaları nəinki həqiqətə uyğun deyil, hətta dövlət sirri sayılır. Nazirlik "Su-30SM” təyyarələri alınarkən onlarda silah-sursatın olmaması ilə bağlı iddiaları yanlış məlumat adlandırmışdı.
banner

Oxşar Xəbərlər