• cümə, 29 Mart, 01:15
  • Baku Bakı 7°C

Paşinyan repressiyalara davam edir

11.06.19 20:11 577
Paşinyan repressiyalara davam edir
Nikol Paşinyan ona müxalif olan qüvvələrə qarşı repressiv siyasətini davam etdirir. Hakimiyyətə gələndən dərhal sonra müxalif mətbuatı yerləşdiyi binadan çıxardı, daha sonra onun siyasətini tənqid edənlərə qarşı hücuma start verdi. Bu dəfə isə baş nazir potensial təhlükə qismində iki həftə əvvəl yaradılmış müxalif "Adekvad” partiyasının rəhbəri Artur Danielyanı görüb. Erməni mediası yazır ki, eks-prezident Robert Koçaryana yaxınlığı ilə seçilən hərəkatın lideri Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib. Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib. A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, dəfələrlə ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib. Qeyd edək ki, "Adekvad” Paşinyan əleyhdarı və nisbətən də rusiyayönümlü təşkilat kimi tanınır. Bir müddət əvvəl bu qurum məhz Koçaryanın həbsi, eləcə də Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi. Ermənistanın bəzi KİV-ləri isə bu təşkilatı məhz Koçaryanın maliyyələşdirdiyini iddia etmişdi.Yeni partiya əsas hədəfinin çoxsəviyyəli, döyüş qabiliyyətli müdafiə infrastrukturu yaratmaq, müsbət demoqrafik dinamikaya nail olmaq, Ermənistan vətəndaşları üçün lazımi təhsilin verilməsini təmin etmək və ölkənin ümumi maraqlarının olduğu xarici subyektlərlə etibarlı münasibətlər yaratmaqdan ibarət olduğunu bildirib.
Maraqlıdır ki, həbs Koçaryan və onun tərəfdarlarının növbəti məhkəmə prosesi ərəfəsində həyata keçirilir. Belə ki, iyunun 12-də ölkədə qalmaqallı məhkəmə prosesi start götürəcək. Və bu proses Paşinyanın reytinqinə ciddi təsir edə bilər. Belə ki, media Koçaryan məhkəmə tərəfindən azad edildikdən sonra onun nüfuzunun günbəgün artdığını iddia edir. Məlumata görə, Koçaryanla yanaşı, baş nazirin sabiq müaviniArmen Gevorkyan, eks-müdafiə naziriSeyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibiYuri Xaçaturovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi baş tutmalıdır.Bunu R.Koçaryanın vəkillər qrupundan bildiriblər. Proses Apelyasiya Məhkəməsində olacaq. Məhkəmə Ermənistan Baş Prokurorluğu, habelə zərərçəkənlərVaqe QriqoryanvəSeda Safaryanın şikayəti əsasında keçirilir. Onlar R.Koçaryanın girov müqabilində azadlığa buraxılması barədə mayın 18-də qəbul olunan qərardan apelyasiya şikayəti veriblər. Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.
Maraqlı olan həm də odur ki, artıq Paşinyana etibar və inam da əvvəlki tək deyil. Məsələn, hakim "Vətəndaş müqaviləsi” partiyasından olan namizəd Qriqor Qulyan Abovyan meri uğrunda keçirilən seçkilərdə hazırkı mer Vaaqn Gevorkyana uduzub.
Məlumata görə, N.Paşinyanın dəstəklədiyi, Kotayk vilayəti administrasiyasının sosial-iqtisadi inkişaf bölməsinin rəisiQriqor Qulyan8032 səs, "Çiçəklənən Ermənistan”ın lideri Qaqik Çarukyanın nümayəndəsi Vaaqn Gevorkyan 8441 səs toplayıb. Seçkidən əvvəl Ermənistan KİV-i yazmışdı ki, hökumət Çarukyanın doğulub boya-başa çatdığı Abovyan şəhərində nüfuzunun olmadığını, şəhər ictimaiyyətinin onu dəstəkləmədiyini nümayiş etdirməyə çalışır: "Hakim "Mənim addımım” bloku seçkidə Çarukyanın partiyasının məğlubiyyətinə nail olmaqla onun seçicilər arasında dəstəyinin olmadığını təsdiqləməyə çalışır. Bunun üçün hakim partiya Abovyan ətrafındakı şəhərlərdəki qüvvələrini cəmləməyə başlayıb”. "1in.am” saytı bundan irəli gələrək öz proqnozlarını təqdim edib. Müəllif yazır ki, artıq ikinci dəfədir ki, Paşinyanın namizədi uduzur”. Paşinyan bu məğlubiyyətə "demokratiya qalib gəldi” damğası vurmağa çalışsa da, çoxları heç də belə düşünmür.
Yeri gəlmişkən, boş və talan edilən ölkədə vəziyyət günbəgün ağırlaşır və belə vəziyyətdə də baş nazir çıxış yolunu Serj Sarkisyan dövründə çalışmış məmurların var-dövlətini ələ keçirməkdə görür. Ötən gün Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan və kənd təsərrüfatı naziri Serqo Karapetyan dövlətə zərər vurmaqda ittiham olunublar. Onlar dövlət subsidiyası ilə fermerlərə güzəştli qiymətlərlə verilən gübrələr bağlı maxinasiyada ittiham ediliblər. Keçmiş maliyyə naziri Qaqik Xaçatryan öz yerinə və nazir həmkarı Serqo Karapetyanın yerinə büdcəyə 2 milyon dollardan artıq vəsaiti geri qaytarıb.
O da bəlli olub ki, N.Paşinyan hökuməti Qarabağ separatçılarının maliyyə yardımı barədə xahişlərini rədd edir. Bu sensasion məlumatı erməni mediası yayıb. Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma "prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməsini istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Xatırladaq ki, Balasanyan qondarma qurumun rəhbəri postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var. Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən qondarma quruma tətbiq edilmiş "sanksiya” kimi qiymətləndirirlər. Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın separatçı rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb "bəzi əraziləri verməyi” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

Azər
banner

Oxşar Xəbərlər