• cümə axşamı, 28 mart, 13:53
  • Baku Bakı 16°C

Paşinyan Putinin tələb etdiyi bütün məsələlərdə güzəştə gedib - TƏHLİL

08.04.21 21:15 1010
Paşinyan Putinin tələb etdiyi bütün məsələlərdə güzəştə gedib - TƏHLİL
"Rusiya Fedrasiyası Prezidenti Vladimir Putinlə aprel ayının 7-də baş tutan görüş Paşinyanın gözləntilərini doğrultdumu? Bir mənalı cavab vermək çətindir və iyun ayının 20 -ə təyin olunmuş növbədənkənar parlament seçkilərindən sonra bu gedişlərin nəticə verdiyinin və ya vermədiyinin şahidi olacağıq. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirəsindən tutmuş ikitərəfli əlaqələrə qədər çox böyük sahələri əhatə edən geniş gündəlik mövcud idi. Amma Putin üçün əsas məsələ Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin normallaşdırılması hesab olunurdu. Bunu o özü görüş haqqında danışarkən bəyan etmişdi. Putin, fürsətdən istifadə edib, görüş təklifini qəbul etdiyinə görə Paşinyana təşəkkür etdi. Amma bu təşəkkürü ilə həm Rusiya, həm də maraqlı dövlətlərin ictimaiyyəti qarşısında qeyri səmimi olduğunu büruzə verdi. Axı regionda baş verən prosesləri analiz etmək qabiliyyətinə malik şəxslərə bu görüş üçün kimin daha çox can atdığı heç də sirr deyil. 5 ay bundan qabaq Paşinyanın Moskvada qapı dalında gözləməyə məcbur edilməsi də heç kimin yadından çıxmayıb".
Kaspi.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki,Putinin bu təşəkkürü elə ilk andan görüşün məqsədi haqqında fikir yürütməyə imkan yaradıb:"Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli, Paşinyan Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə gedib.Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas səbəb heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi. Putin daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl Paşinyandan " İskəndər” raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istədi və bu ləkənin təmizlənməsi üçün erməni Baş nazirdən təsirli addımlar atmağı tələb etdi. Bu addımların da Rusiyadan yeni hərbi texnka alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək. Paşinyanın görüşə getməzdən qabaq Rusiyadan hərbi texnika alınmasının gündəlikdə olduğunu elan etməsi dediklərimizin əyani sübutudur".
Politoloqun sözlərinə görə,Putin Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə tutmayıb:"Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz, Putinin Paşinyandan Ermənistan iqtisadiyyatına Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib".
Ə.İbrahimov deyib ki,Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş olmayıb:"Paşinyanın bütün xahişlərini toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərə Rusiyanın xeyir – duasına nail olmaq. Məlum olduğu kimi Rusiya bu seçkilərdə öz fovoritini elan etməkdə tələsmir və Kremlin yaxın tərəfdarşı olan eks Prezident Robert Koçaryanla da "dilxoşluq” etməkdə davam edir. Görünən budur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Koçaryanın verə biləcəyindən daha qiymətlidir. Amma vəziyyət seçkilərə qədər belə davam edə biləcəkmi? Seçkilərə bir neçə gün qalmış Nikol təsadüfən ağzından Rusiya əleyhinə hər hansı bir xoşagəlməz ifadə çıxarmayacaq ki?".
Ə.İbrahimov söyləyib ki,Paşinyan Putinlə Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti ətrafında bəzi məsələləri müzakirə etmək istədiyini də bildirib:"Bundan başqa onun həll etməyə çalışdığı Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Məlum olduğu kimi Ermənistanın bu terrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etməsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmirlər. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər.Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə, Azərbaycanı razı sala biləcək mexanizmləri işə salacaq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər