• cümə, 26 Aprel, 11:36
  • Baku Bakı 12°C

Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"

17.01.19 15:15 477
Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"
"Ermənistan hökumətində nazirliklərin sayı azalacaq".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətinin iclasında Ermənistan Baş naziriNikol Paşinyanbildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.
Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistan PrezidentiArmen Sarkisyantərəfindən yanvarın 14-də baş nazirtəyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.
banner

Oxşar Xəbərlər