• cümə, 26 Aprel, 22:12
  • Baku Bakı 22°C

Paşinyan Dağlıq Qarabağda “yeni texnologiya” ilə tanış olub?

17.06.18 09:05 448
Paşinyan Dağlıq Qarabağda “yeni texnologiya” ilə tanış olub?
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib.
"Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir.
Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.
Deyəsən, dünya ölkələrindən dəvət almayan Paşinyan, özünü baş nazir kimi hiss etmək üçün Azərbaycanın işğal altında olan ərzilərinə səfər etməkdən savayı variant tapa bilmir.
banner

Oxşar Xəbərlər