AZE | RUS | ENG |

Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır

Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Ukraynanın nüfuzlu telekanallarından biri olan "5 kanal”a müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev deyib.

Diplomat müsahibəsində "Bakı prosesi”nin effektivliyindən, Azərbaycanın iqtisadi dirçəlişindən, turizm və hərbi sənayedə əldə etdiyimiz nəticələrdən bəhs edib.

Səfir bildirib ki, Prezident İlham Əliyev bütün ölkələrlə əməkdaşlıqda səmimidir, açıqdır: "Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasətçidir. Nəinki MDB məkanında, həmçinin Avropa və ABŞ-da çox tanınır. Ümummilli lider Heydər Əliyev yeni Azərbaycanın memarıdır, Prezident İlham Əliyev isə onun vətənpərvər, praqmatik siyasətini uğurla davam etdirir”.

A.Xudiyev müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsinə də geniş yer verib:

"Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan münaqişə ilə bağlı bəyanatlarında diqqətli olmalıdır. Ermənistanın indiki hakimiyyətinin mövqeyi bölgədə hərbi münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Ermənistanın işğalçılıq siyasəti davam etməkdədir, onlar qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Təəssüf ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalmaqdadır”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217