• cümə, 29 Mart, 18:53
  • Baku Bakı 14°C

Paşinyan da sədəqə yığmağa başladı

15.05.18 18:05 1022
Paşinyan da sədəqə yığmağa başladı
Ermənistanda baş verən hadisələr bu ölkədə gərgin ictimai-siyasi, ağır sosial-iqtisadi vəziyyətin davam edəcəyini göstərir. Vəziyyəti gərginləşdirən odur ki, eks-prezident Serj Sarkisyan dönəmində böyük var-dövlət toplayanlar artıq baş nazir Nikol Paşinyana qarşı birləşməyə başlayıblar. Böyük ehtimalla, Paşinyanın "məxməri inqilab”ı fiasko və yeni qarşıdurma ilə nəticələnəcək. Ortada konkret faktlar da var. Ermənistanın sabiq maliyyə naziri Vardan Aramyan keçmiş işçilərini istefaya çağırıb. Bu barədə informasiyanı "Jamanak” qəzeti yayıb. "Aramyan Maliyyə Nazirliyinin işçilərini onun kimi addım ataraq, istefa verməyə səsləyib. Aramyan işçilərini əmin edib ki, Nikol Paşinyanın hakimiyyəti tezliklə uğursuzluğa düçar olacaq və 2-3 ay sonra o, yenidən vəzifəsinə qayıdacaq”, – deyə xəbərdə bildirilib. Bundan əlavə, Ararat sement zavodunun işçiləri etirazaksiyası keçiriblər. Mitinqdə müəssisənin1200 əməkdaşından 600-dən çoxu iştirak edib. Onlar 50-80 min dramlıq (100-160 dollar) əmək haqlarının artırılmasını, eləcə də maaşların mayın 20-dək verilməsinin tələb ediblər. Zavodun işçilərindən biri deyib ki, əmək haqlarının müəssisənin mühasibi deyil, sexin müdiri verir. Onun sözlərinə görə, zavodun əməkdaşları əmək haqlarının artırılmasını bir dəfə tələb ediblər: "Onda maaşlar 2000 min dram artırıldı”. Bu və buna bənzər halların davam edəcəyi də bildirilir.
O ki qaldı Ermənistanın baş naziriNikol Paşinyana, o da əvvəlki rəhbərlər kimi sədəqə yığımına başlayıb. Soçidə Avrasiya İqtisadi İttifaqının iclasından əvvəl şəhərin erməni icması ilə görüşündə onları Ermənistana investisiya qoymağa çağırıb. O, erməni icması qarşısındakı çıxışında deyib ki, bütün siyasi proses boyunca onların hər birinin dəstəyini hiss edib və qələbə də hər birinindir. "Bundan sonra erməni xalqı qalib olacaq və erməni xalqı, nəhayət, vətəninə dönə biləcək. Qardaş Rusiyaya erməni xalqına belə şərait yaratdığına görə təşəkkür edirəm”, - Paşinyan çıxışında söyləyib. O, məqsədinin təhlükəsizliyi və normal inkişafı təmin etmək olduğunu bildirib: "Rusiyadakı erməni və rusiyalı biznesmenləri Ermənistana gəlməyə, sərmayə qoymağa, iş yerləri yaratmağa çağırıram. Çünki burası yeni Ermənistandır, sərmayələr bir-bir qorunacaq, heç bir sərmayə təhlükəyə məruz qalmayacaq. Bu gün ölkəmizin, erməni xalqının nüfuzu həmişəkindən qat-qat yüksəkdir və ölkəmizdə yaşamağımız, xoşbəxt olmağımız üçün hər cür şərait yaradılıb. Hər birinizə xidmət edirəm. Heç kəs şübhə etməsin ki, mübarizəmiz hər gün, hər həftə, hər il Ermənistana, erməni xalqına yeni qələbələr gətirəcək”.
Buna baxmayaraq, hesab edilir ki, Paşinyanın hakimiyyəti batmaqda olan Ermənistana, onun vətəndaşlarına yaxşı heç nə vəd etmir. Bu fikirdə olanlar arasında Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski də var. O bildirib ki, ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə peşman olacaqlar. Dövlət Dumasında verdiyi mətbuat konfransında Jirinovski deyib ki, inqilab istəyənlər anlamalıdır ki, ondan sonra həmişə əvvəlkindən daha pis olur: "Paşinyan daha yaxşı etmək istəyir, lakin heç nə alınmayacaq. Blokadada olduğu bir vaxtda Ermənistan çiçəklənə bilməz. Öz ehtiyatları isə yoxdur”. Maraqlı olan odur ki, Rusiya hakimiyyətinin sözünü deyən Jirinovski bu bəyanatı Paşinyanın Vladimir Putinlə görüşündən cəmi bir gün sonra bəyan edib. Öz növbəsində, "Demokratiya naminə əməkdaşlıq” təhlil mərkəzinin rəhbəri Stepan Danielyan da Paşinyanın çox ağır vəziyyətə düşdüyünü qeyd edir: "Oliqarxiya onun işini çətinləşdirə, hətta devirə bilər. Ola bilsin ki, oliqarxiya kimi, Nikol Paşinyan da heç baş nazir olacağını gözləmirdi. Buna görə də onun addımlarında hələ ki, konkretlik nəzərə çarpmır. O, bir çox şeyləri spontan şəkildə edir”.Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Serj Sarkisyanın komandası kölgəyə çəkilmək və ya siyasi səhnədən getmək fikrində deyil. Bu isə Ermənistanda hələ gərgin vəziyyət və qarşıdurmaların davam edəcəyini göstərir.
Yeri gəlmişkən, Paşinyanın baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyini, Dağlıq Qarabağı isə onun "öz hakimiyyətinin” təmsil etməli olduğunu deməsi gərginliyə səbəb olub. Əvvəlcə Ermənistanın müdafiə naziri postundan təzəcə ayrılmış Vigen Sarkisyan Paşinyanı Qarabağ məsələsində diplomatik səhvə və səriştəsizliyə yol verməkdə qınayıb.Bildirib ki, Paşinyan Ermənistanı danışıqlarda tərəf kimi təqdim etməklə "böyük səhvə” yol verib. Çünki Azərbaycan neçə vaxtdır Ermənistanın münaqişədə tərəf olduğunu sübuta yetirməyə çalışırdı”.Vigen Sarkisyan Ter-Petrosyanı da hədəf alıb. Bildirib ki, onun Qarabağ məsələsində mövqeyi erməni xalqına məlumdur, eləcə də erməni xalqının bu mövqeyə münasibəti bəllidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər