• şənbə, 27 Aprel, 00:51
  • Baku Bakı 14°C

Paşinyan Belarusu ittiham etdi

20.07.18 22:42 511
Paşinyan Belarusu ittiham etdi
"Ermənistanın bütün vətəndaşları Belarusun Azərbaycana silah satmasından narazıdır”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan "Evroradio”ya müsahibəsində bildirib. "Bizim Belarusla çox yaxşı münasibətlərimiz, hər iki dövlətin böyük potensialı var və biz onu inkişaf etdirməliyik. Lakin silah və hərbi texnika satışı narahatçılıq doğurur. Bu, bizim münasibətlərdə böyük bir problemdir. Mən bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışdım. Siz də bilirsiniz də problem həm də onunla gərginləşir ki, hər iki dövlət Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvləridir, strateji dövlətlərdir”, - deyə Paşinyan bəyan edib.
Maraqlıdır, necə olur ki, erməni baş nazir onun dövlətini Cənubi Qafqazda forpost kimi qiymətləndirən Rusiyanı tənqid etməyə cürət etmir və yalnız gücü Belarusa çatır? Səbəbi sadədir – Belarus prezidenti dəfələrlə Ermənistanı aşağılayan bəyanatlar verib və mövqeyini də dəyişmir. Belarus prezidenti Ermənistanla bağlı sərt mövqeyini aprel hadisələrindən sonra bildirib. O zaman Belarus Azərbaycanın ərazi bütövlüyünün qorunmasında qəti mövqe ortaya qoymuşdu. Hətta iş o yerə çatmışdı ki, Ermənistan Belarusla diplomatik münasibətləri kəsəcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. Bundan əlavə, Belarus da Qazaxıstan kimi, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə qarşı çıxış edib. Bu üzvlüyün qurum üçün əlavə yük olduğu bildirilib. Azərbaycan aprel ayında Belarus istehsallı "Polonez” odsaçan sistem almışdı. İyunun 11-də isə prezident İlham Əliyev hərbi hissələrin birində həmin sistemin təqdimatında iştirak etmişdi. Rəsmi Yerevan bu anlaşmadan da narazılığını ifadə etmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusun bu ölkədəki səfiri İqor Nazaruk ilə görüşündə erməni tərəfinin bununla bağlı narahatçılığını ifadə edib. "Evroradio”ya müsahibəsində Paşinyan Belarusu sərt formada tənqid edib və onu Ermənistanla müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb. Söhbət hər iki dövlətin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına üzvlüyündən gedir.
Ermənilərə məxsus "1in.am” saytı yazır ki, Serj Sarkisyanın qorxaq siyasətindən fərqli olaraq, Paşinyan Ermənistana qarşı nominal tərəfdaşlıq münasibətlərinə dözmək niyyətində deyil və açıq şəkildə bu problemləri bəyan edəcək. Söhbət tək Belarus silahının Azərbaycana satılmasından getmir. Sayt yazır ki, ötən gün Panik kəndində yaşanan insidentdən gedir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki gün əvvəl Şirak vilayətinin Panik kəndində baş vermişinsidentin qeyri-məqbul olduğunu bəyan edib. Baş nazir iyulun 19-da keçirilmiş hökumət müşavirəsi zamanı deyib: "Mən bunu Ermənistan və Rusiya arasındakı dost münasibətlərə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”. O bildirib ki, bu insident üçün cavabdeh olanlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər.
Paşinyan bundan sonra təfərrüata varıb: "Əlbəttə, başa düşmək lazımdır ki, bu insidentlə bağlı təhqiqat hansı prosedurlar üzrə aparılmalıdır, çünki münasibətlər Ermənistanın daxili qanunvericiliyi ilə aydınlaşdırılmalıdır. Bütün hallarda mən bilirəm ki, polis bu barədə materialları hazırlayır”.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan jurnalistlərlə söhbəti zamanı deyib ki, Rusiya tərəfi belə insidentlərin bir daha olmayacağına dair vəd verib. Jurnalistlər deyiblər ki, adamlar bu insidentdə siyasi məna, daha doğrusu erməni tərəfinin qorxudulmasına cəhd görürlər. Vanesyan bunun "əsla belə olmadığını” bildirib.
Yeri gəlmişkən, NATO-nun Brüssel sammitindən əliboş qayıdan Ermənistan baş naziri xam xəyallara qapılmaqda davam edir. Belə ki, baş nazirin mətbuat katibiArman Yeqoyan "Radio Azatutyun”a bildirib ki, Ermənistan Avropa İttifaqından kifayət qədər böyük miqdarda maliyyə yardımı gözləyir və hazırda bu məqsədlə müvafiq proqram işlənib hazırlanır. Qloballaşma və regional əməkdaşlıq təhlili mərkəzinin rəhbəriStepan Qriqoryanın sözlərinə görə, Avropa İttifaqı Ermənistan üçün "Marşal planı”hazırlayır. Qriqoryan deyib:"Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı intensivləşdirmək istəyir, lakin azad ticarət zonasına daxil olmaq məsələsini qoymur. Anladığıma görə, bizim hökumətimiz 1 milyard avroluq proqram təqdim edəcək”. Bu, Aİ üçün nə dərəcədə məqbul olacaq və bu miqdarNikol Paşinyanın Brüssel səfəri zamanı razılaşdırılıbmı? Digər təhlilçiStepan Səfəryanın dediyi kimi,Yerevan geopolitik düzəlişlərə hazırlıq nümayiş etdirərsə, Aİ Ermənistana qarşı addım ata bilər.
Ermənistan eyni zamanda ABŞ-dan investisiya və yardım almaq istəyir, lakin görünür bu işdəAmulsar qızıl mədəniəsas maneə olub. ABŞ-ın Ermənistandakı səfiriRiçard Millzin sözlərinə görə, yeni irimiqyaslı amerikan investisiyaları haqqında danışmaq hələ çox tezdir."Radio Azatutyun”a müsahibəsində səfir bildirib ki, onlar ABŞ-ın biznes icmasından Ermənistanda mövcud olan imkanlar haqqında çoxsaylı sorğular alırlar, ancaq potensial investorlar hələlik ölkədə başlayan korrupsiya ilə mübarizənin və digər proseslərin hansı istiqamətdə gedəcəyini müşahidə edirlər. Məsələn, istismar edilməsi üçün amerikan-ingilis kampaniyası olan"Lydian”a Cermuk yaxınlığında olan Amulsardakı qızıl mədəninin istismarına lisenziya verilməsi məsələsi. Amerikan diplomat deyib:"Potensial amerikan investorları görmək istəyirlər ki, amerikan, eləcə də yerli kampaniyalarla bağlı olan problemlərə hökumət necə münasibət göstərir. Vergi prosedurları təhqiq olunarkən onlara ədalətli münasibət göstərilirmi? Onlar həmçinin "Lydian” kampaniyası və ümumiyyətlə, hökumətin belə həssas və mübahisəli məsələləri necə həll etdiyini, bu proses zamanı həmin kampaniyaya ədalətli münasibətin göstərilib-göstərilmədiyini izləyirlər”. USAİD-in erməni ofisinin rəhbəriDebora Qriser"Radio Azatutyun”un sualına cavab verərkən deyib ki, Ermənistana yardımın artırılması ətrafında müzakirə aparılır. Onun qeyd etdiyinə görə,Ermənistan hökumətinin bəzi rəhbərləri hazırda ABŞ-ın paytaxtındadırlar və mən düşünürəm ki, onlar bu məsələ haqqında müzakirə aparırlar. Məncə, Vaşinqton bu barədə bəyanat verəcək, ona görə də bu dəfə şərh verməkdən qaçacağam”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər