• cümə, 26 Aprel, 17:59
  • Baku Bakı 23°C

Partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı

21.11.18 11:06 575
Partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı
Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır.
Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb, nəticədə 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
banner

Oxşar Xəbərlər