• cümə, 19 Aprel, 14:19
  • Baku Bakı 25°C

“Partizan“ın baş məşqçisi: ““Neftçi“ keçilməz rəqib deyil“

08.08.14 18:48 1431
“Partizan“ın baş məşqçisi: ““Neftçi“ keçilməz rəqib deyil“
"Neftçi" ilə hər iki oyunda yaxşı oynamağımız, mübarizə aparmağımız çox önəmlidir. Əgər Bakıda keçiriləcək ilk oyunda sərfəli nəticə əldə etsək, o zaman qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansımız olacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" baş məşqçisi Marko Nikoliç klubun rəsmi saytına açıqlamasında deyib.
Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" haqda danışan serbiyalı mütəxəssis rəqiblərinə hörmətlə yanaşdıqlarını bildirib: "Neftçi" haqda ətraflı məlumat toplayacağıq. Lakin ilk öncə çempionata yaxşı start verməliyik. Əsas məqsədimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibə hörmətlə yanaşırıq, ancaq "Neftçi" keçilməz sədd deyil".
Nikoliç iki il öncə Belqradda keçirilən oyunda "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçlə rəqib futbolçular arasında yaşanmış gərginliyi də xatırlayıb: "İki il öncə "Neftçi" ilə qrup mərhələsindəki oyunları yaxşı xatırlayıram. Bu dəfə tərəfləri ehtiyatlı olmağa çağırıram. Stamenkoviçlə hansısa problemin yaşanacağına inanmıram. Rəqib qapıçıya öz işini görməyə imkan verməliyik. Onun işi müdafiə olunmaq və qapısından top buraxmamaqdır".
Qeyd edək ki, "Neftçi" və "Partizan" komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Serbiyada keçiriləcək.
banner

Oxşar Xəbərlər