• cümə axşamı, 25 aprel, 11:17
  • Baku Bakı 14°C

Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir

12.06.18 13:23 793
Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir
Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: "İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir”.
O vurğulayıb ki, hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim etməlidir.
banner

Oxşar Xəbərlər