• cümə axşamı, 28 mart, 23:14
  • Baku Bakı 13°C

Parlamentdə Gəncə - Naxçıvan aviareysinin bərpa olunması təklif edilib

17.03.17 17:43 659
Parlamentdə Gəncə - Naxçıvan aviareysinin bərpa olunması təklif edilib
"Gəncə BeynəlxalqHavaLimanının potensialından maksimim istifadə olunmur”.APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Onun fikrincə, Gəncə-Naxçıvan aviareysinin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələringediş-gəlişində çətinlik yaradır.
Deputat, BeynəlxalqHavaLimanında Gəncə sözünün yerinə "Kirovabad” (KVD) yazıldığını xatırladıb, bunun aradan qaldırılmasını istəyib.
O, Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində aviareyslərin bərpası və sayının artırılıması vacib rol oynayır, buna diqqət yetirilməlidir.
Deputat Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus olmuş, praktika məqsədilə istifadə edilmiş torpaq sahələrinin yenidən Universitetə qaytarılmasını da baş nazirdən xahiş edib.
banner

Oxşar Xəbərlər