• cümə axşamı, 25 aprel, 02:15
  • Baku Bakı 19°C

Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq

17.09.20 13:45 1210
Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq
Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.
Bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planının layihəsində əksini tapıb.
İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.
İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər