• cümə, 26 Aprel, 17:59
  • Baku Bakı 23°C

Parlamentdə dilənçilər üçün sığınacaq yaradılması təklif edilib

19.05.20 14:37 442
Parlamentdə dilənçilər üçün sığınacaq yaradılması təklif edilib
"Dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb:
"Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.
banner

Oxşar Xəbərlər