• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Parlamentdə azlıqdakı partiyaların MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI

23.04.21 18:30 639
Parlamentdə azlıqdakı partiyaların MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI
Milli Məclisdə azlıq təşkil edən 6 partiyadan daha ikisinin Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədi məlum olub.
Kaspi.az-ın məlumatına görə, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) Vətəndaş Birliyi Partiyası ilə razılaşdıraraq irəli sürdüyü namizəd Həsənov Tofiq Eldar oğludur. Tofiq Həsənov hazırda da MSK-nın üzvüdür.
Respublikaçı Alternativ Partiyasının (ReAL) namizədi isə Mətin Rəhimlidir.
ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq CəfərliAPA-ya bildirib ki, artıq rəsmi qaydada parlamentə məktubla müraciət olunub: "Bizim namizədimiz 1973-cü il təvəllüdlü Mətin Rəhimlidir. O, əvvəllər dairə seçki komissiyalarının birində baş məsləhətçi kimi çalışıb və bələdiyyə üzvü olub”.
Qeyd edək ki, Milli Məclisdə azlığı 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.
MSK üzvlüyünə namizəd irəli sürəcək partiyalar aşağıdakılardır:
1. Böyük Quruluş Partiyası (BQP)
2. Ana Vətən Partiyası (AVP)
3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
4. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
5. Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)
6. ReAL Partiyası
Beləliklə, artıq həmin partiyalardan 6-nın da namizədi artıq məlumdur:
Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP), Almas Qəhrəmanlının və ADİP-dən (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılmış) Tofiq Həsənov, ReAL Partiyasından isə Mətin Rəhimlinin namizədliyi müəyyənləşib.
Qeyd edək ki, Vəhdət Partiyası, Milli Cəbhə Partiyası (MCP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə MSK-ya namizəd müəyyənləşdirməyib.
banner

Oxşar Xəbərlər