• çərşənbə axşamı, 23 aprel, 13:41
  • Baku Bakı 24°C

“Parlamentarilər ölkələr arasındakı münasibətlərin pozulmasına imkan verməməlidirlər”

06.06.19 12:22 498
“Parlamentarilər ölkələr arasındakı münasibətlərin pozulmasına imkan verməməlidirlər”
"Azərbaycan və Gürcüstan hər zaman bir-birinə yaxın və dost ölkələr olublar. Ölkələr arasında strateji tərəfdaşdlıq mövcuddur”.
"Report”un yerli bürosu xəbər verir ki, bu fikirləriMilli Məclisin deputatıAzay Quliyevjurnalistlərə bildirib.
Onun sözlərinə görə, bəzən bu tərəfdaşlığa zərər yetirməklə bağlı cəhdlər olur: "Bu cəhdlər yolverilməzdir və onların araxasında üçüncü qüvvələr durur. Həmin qüvvələrə Azərbaycan və Gürcüstan arasındakı yaxın tərəfdaşlıq münasibətləri sərf etmir. Son vaxtlar Keşikçi Dağı iləbağlı təxribat xarakterli cəhdlər olur”.
A.Quliyev qeyd edib ki, iki ölkə arsaında tarixən heç bir münaqişə olmayıb və istənilən mübahisəli məsələ tərəfdaşlıq mühitində həll olunur.
Deputat Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərini də şərh edib: "Gürcü spikerin Azərbaycana rəsmi səfəri mühum hadisədir. Bu səfər ölkələr arasındakı siyasi dialoqu dərinləşdirməyə imkan verəcək. Parlamentarilər iki dost və qardaş ölkə arasındakı münasibətlərin hər hansı bir üçüncü tərəfin marağına görə pozulması və ya zədələnməsinə imkan verməməlidirlər”.
banner

Oxşar Xəbərlər