• cümə, 29 Mart, 03:00
  • Baku Bakı 7°C

Parlament sədri: Biz real beynəlxalq sistem qurulmasını istəyirik

26.10.19 11:51 598
Parlament sədri: Biz real beynəlxalq sistem qurulmasını istəyirik
Bu gün dünyada birtərəfli hərəkətlər beynəlxalq sistemi sual altında qoyur. Suverenlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsipi alt-üst olub.
Trend-in məlumatına görə, bunu Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haen Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə deyib.
O qeyd edib ki, bütün dövlətlər bu prinsiplərə hörmətlə yanaşmalıdır:
"Nə üçün böyük dövlətlər bu prinsiplərə hörmətlə yanaşmır? Axı bu prinsiplər BMT-nin Nizamnaməsində də əks olunub. Nə üçün BMT Nizamnaməsi üzv dövlətlər üçün vacib sayılmamalıdır? Əks halda, kiçik dövlətlərin taleyi zərbə altına düşür. Şimali Koreya lideri ədalət naminə öz mübarizəsini davam etdirəcək. Biz hegemonluğa can atan imperiyaların hərəkətlərin qarşısını qətiyyətlə alacağıq. Bütün üzv dövlətlər real fəaliyyət göstərməlidirlər ki, dünyada avtortarizm, birtərəfli hərəkətlərin qarşısı salınsın. Biz real beynəlxalq sistem qurulmasını istəyirik”.
Çoe Ryonq Haenin sözlərinə görə, Şimali Koreya lideri rəhbəri inanır ki, Qoşulmama Hərəkatı ölkələri həmrəy olacaq və bir-birlərinə kömək göstərəcəklər:
"Bu prinsiplərə hörmətlə yanaşan ölkələr bundan sonra da qarşılıqlı əməkdaşlığı dərinləşdirməli, imperializm və hegemonluğa can atan dövlətlərə qarşı olmalıdırlar. Qoşulmama Hərəkatının gücləndirilməsi çox vacibdir”.
Şimali Koreya parlamentinin sədri üzv dövlətlər arasında mədəni əməkdaşlığın gücləndirilməsini də dəstəklədiklərini qeyd edib: "Ümid edirik ki, qeyd etdiyimiz məqamlar Zirvə Görüşünün yekun bəyannaməsində əksini tapacaq. Düşmənçilik mövqeyində dayanan dairələr bizim dövlətimizin suverenliyinə qarşı cəhdlər göstərir. Bu, bizi, milli sosializmi daha da gücləndirir. Biz sosializmin bünövrəsini güclü edəcəyik ki, iqtisadiyyatımız daha da inkişaf etsin. Ölkəmizdə elm inkişaf edir. Biz təcrübəmizi də bölüşməyə hazırıq. Şamili Koreya hər zaman güclü və inkişaf edən dövlət olacaq. Şimali Koreya Qoşulmama Hərəkatında üzərinə götürdüyü öhdəlikləri icra edəcək. Biz yarımadada ədalətli danışıqlara nail olacağımıza inanırıq”.
banner

Oxşar Xəbərlər